Avqustun 28-i və 29-da Kopenhagendə Aİ ölkələrinin müdafiə nazirlərinin təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunmuş qeyri-rəsmi görüşü keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, iclaslarda əsas diqqət Ukraynaya hərbi dəstəyin göstərilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, eləcə də Aİ missiyası və əməliyyatlarına yönəldiləcək.
Avqustun 28-də nazirlər müdafiə məsələlərinə həsr olunmuş ilkin tədbirdə iştirak edəcəklər. Əsas strateji müzakirələr avqustun 29-da iş sessiyaları çərçivəsində aparılacaq.