Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinin müzakirəsinə başlayacaqlar.
Bakıvaxtı.az "EUObserver" portalına istinadən xəbər verir ki, müzakirələr sentyabrın 26-da Brüsseldə aparılacaq.
Avropa Komissiyası (AK) 19-cu paket çərçivəsində Rusiya, Hindistan və Çin müəssisələri üçün ixraca nəzarətin sərtləşdirilməsini, həmçinin bir sıra kimyəvi maddə, filiz, metal və duz ixracına qadağa qoyulmasını təklif edəcək.
Bundan başqa, AK Çin də daxil olmaqla üçüncü ölkələrin şirkətlərinə qarşı guya Rusiyanın hərbi-sənaye kompleksinə kömək etdikləri üçün sanksiyalar tətbiq etməyi və xaricdə Rusiyanın "Mir" ödəniş sisteminə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırır.
AK həmçinin Rusiyanın "Rosneft" və "Qazprom neft" şirkətlərinin iştirakı ilə bütün əməliyyatların tam qadağan edilməsini, eləcə də RF və digər ölkələrin bir sıra banklarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsini təklif edib.
Gülşən Şərif