• Bakı 24° C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Azərbaycan-Ukrayna İT forumu keçiriləcək

CƏMİYYƏT

26 Avqust 2025 | 20:08

Azərbaycan-Ukrayna İT forumu keçiriləcək

22-24 sentyabr tarixlərində Bakıda Azərbaycan-Ukrayna İT forumu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.

Diplomat, həmçinin Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla görüşüb, onunla qarşıdan gələn forumu, eləcə də iki ölkə arasında İT sahəsində əməkdaşlığı müzakirə edib.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla məhsuldar görüş keçirildi. Biz Ukraynanın IT Assosiasiyasının (IT Ukraine Association) səfər planlarını, Ukrayna-Azərbaycan İT forumuna (22-24 sentyabr) hazırlığı, İT, eləcə də rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdik", - diplomat qeyd edib.


SON XƏBƏRLƏR