• Bakı 20° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib

CƏMİYYƏT

25 Sentyabr 2025 | 17:20

Vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib

Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum", Pirsaat qəsəbəsində yerləşən "Fədək" restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları monitorinq keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.


SON XƏBƏRLƏR