• Bakı 22° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Trampın dəyişən ritorikası: ABŞ-nin Ukrayna planının arxasında nələr dayanır?

SİYASƏT

25 Sentyabr 2025 | 15:46

Trampın dəyişən ritorikası: ABŞ-nin Ukrayna planının arxasında nələr dayanır?

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı açıqlamalarında müşahidə olunan dönüş, əslində, Amerika siyasətinin çoxlaylı xarakterini üzə çıxarır.

Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra səsləndirilən “qalibiyyət mümkündür” mesajı, Vaşinqtonun münaqişəni uzatmaqla həm Avropanı daha çox prosesə cəlb etmək, həm də Rusiyanı iqtisadi və hərbi baxımdan zəiflətmək niyyətindən xəbər verir. Trampın ritorikasında Ukraynanın NATO və Aİ dəstəyi ilə döyüşməyə davam etməsi fikri, ABŞ-nin məsuliyyəti Avropa üzərinə ötürmək strategiyasının bir hissəsi kimi görünür.

Digər tərəfdən, Vaşinqtonun bu siyasəti Amerikanın silah sənayesinə böyük iqtisadi qazanc gətirir. ABŞ öz arsenalını birbaşa Kiyevə deyil, NATO vasitəsilə ötürməklə həm satış dövriyyəsini artırır, həm də prosesdən kənarda qalaraq Moskva ilə açıq qarşıdurmadan yayınır. Bu isə Rusiyaya təzyiq mexanizmi olmaqla yanaşı, eyni zamanda ABŞ-Rusiya arasında pərdəarxası anlaşma ehtimalını gündəmə gətirir.

Belə şəraitdə Tramp Administrasiyasının əsas məqsədi sülhün bərpası deyil, daha çox geosiyasi təsir uğrunda rəqabətdə üstün mövqe tutmaqdır. ABŞ üçün prioritet Çinə qarşı strateji xətti möhkəmləndirməkdir və bunun üçün Ukrayna müharibəsinin gedişi Vaşinqtonun əlində mühüm alətə çevrilib.

Avropa isə çətin seçim qarşısındadır: ya riskləri üzərinə götürərək münaqişədə daha aktiv tərəfə çevrilməli, ya da ABŞ-nin şərtlərini qəbul etməlidir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR