• Bakı 17° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycanla Tacikistan arasında Anlaşma Memorandumu təsdiqləndi

SİYASƏT

24 Oktyabr 2025 | 17:26

Azərbaycanla Tacikistan arasında Anlaşma Memorandumu təsdiqləndi

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.


SON XƏBƏRLƏR