• Bakı 17° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Tramp-Putin görüşü niyə baş tutmaya bilər? - ARQUMENTLƏR

SİYASƏT

24 Oktyabr 2025 | 17:41

Tramp-Putin görüşü niyə baş tutmaya bilər? - ARQUMENTLƏR

"ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında görüşün tezliklə baş tutacağından əmin deyiləm".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputatb Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Putin üçün Trampla nəticəsiz görüş vacib olsa da, ancaq ABŞ prezidenti növbəti nəticəsiz görüş istəmir:

"Belə olan halda Tramp görüşə getməyəcək. Vladimir Putin elə məsələlər ortalığa qoyur ki, Donald Tramp razılaşsa belə Volodimir Zelenski həmin tələblərə "hə" deyə bilməz. Tramp Zelenskiyə vəziyyətin ağır olduğunu deyir, güzəştlər gözləyir. Amma Zelenski birmənalı vurğulayıb ki, Ukraynanın hansısa ərazisini könüllü surətdə ruslara vermək fikrində deyil. Hətta Zelenski buna məcburi razılıq versə belə ukraynalı hərbçilər buna qarşı çıxar”.

Deputat qeyd edib ki, təmas xəttində yaxşı müdafiə sistemi qurulub və bu sistem rusların Kiyevə irəliləməsinin qarşısını alır. Dediyinə görə, belə halda Ukrayna rəhbəri niyə Putinin iddiası ilə öz torpağından vaz keçməlidir?! Ukrayna torpaqları Zelenskinin atasının malı deyil.

Rasim Musabəyov: ABŞ qurudan istifadə üçün nəzərdə tutulan 20-30 raket istehsal edərək Ukraynaya ötürə bilər

Musabəyova görə, Rusiya ən azından çalışır ki, Zelenski Trampın təzyiqi altında qalsın və ona "Tomaqavk" uzunmənzilli raketlər verilməsin:

"Ancaq Tramp Putini hədələdi ki, lazım olarsa, Ukraynaya 50 ədəd yox, 2 min "Tomoqavk" verə bilər. ABŞ-nin hazırda 4 min "Tomaqavk"ı var. Sadəcə problem ondadır ki, həmin raketlər daha çox dənizdə hərbi gəmilərin istifadəsi üçün hazırlanıb. Lakin ABŞ qurudan istifadə üçün nəzərdə tutulan 20-30 raket istehsal edərək Ukraynaya ötürə bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR