“Gender münasibətləri ailədə formalaşır və bu, valideynlərin münasibətindən asılıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, bəzi hallarda ailədə qız uşağı dünyaya gəldikdə valideynlər oğlan övladı istədikləri üçün abort etdirirlər:
“Halbuki, istər oğlan, istər qız – hər ikisi övladdır. Ata-ana bilmir ki, ailəyə şərəfi və şöhrəti oğlan, yoxsa qız gətirəcək”.
Mina Mikayılova