• Bakı C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

28 yaşlı kişini avtomobillə vurub qaçan sürücü saxlanıldı - YENİLƏNİB

HADİSƏ

25 Sentyabr 2025 | 14:47

28 yaşlı kişini avtomobillə vurub qaçan sürücü saxlanıldı - YENİLƏNİB

Şəkidə 28 yaşlı kişini avtomobillə vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, onun Şəki rayon sakini Coşqun Məmmədov olduğu, qəzanı idarə etdiyi "Volkswagen" markalı avtomobillə törətdiyi müəyyən edilib.

Aparılmış əməliyyat-axtarış tədbir nəticəsində C. Məmmədov saxlanılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

***

09:49

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə sentyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhər ərazisində baş verib.

    1997-ci il təvəllüdlü Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub. H. Əsgərov ağır komotoz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.


    SON XƏBƏRLƏR