• Bakı 22° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Netanyahu: Fələstinin tanınması İsraili heç nəyə məcbur etmir

DÜNYA

25 Sentyabr 2025 | 15:30

Netanyahu: Fələstinin tanınması İsraili heç nəyə məcbur etmir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə ölkənin Fələstin dövlətini tanımaq qərarını pisləyib.

Bakıvaxtı.az "Times of Israel" qəzetinə istinadən xəbər verir ki, Netanyahu həmçinin qeyd edib ki, Nyu-Yorka getməzdən əvvəl BMT Baş Assambleyasının 80-ci sessiyasında qarşıdan gələn çıxışında Trampla Qəzzadakı müharibə, İsrailin İranla 12 günlük müharibəsi və digər hərbi münaqişələr, o cümlədən Yaxın Şərqin digər ölkələri ilə münasibətlərin yaxşılaşdırılması perspektivləri ilə bağlı məsələləri müzakirə edəcək.

Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin Dövlətini tanıdıqlarını bəyan ediblər. Bundan əvvəl, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstin Dövlətini rəsmən tanıyıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR