Nyu-York şəhəri dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında birinci yeri tutmaqda davam edir
Bakıvaxtı.az "İnterfaks"a istinadn xəbər verir ki, bu, Qlobal Maliyyə Mərkəzləri İndeksini (GFCI) hesablayan "Z/Yen Group Ltd." maliyyə konsaltinq firmasının son hesabatında yer alıb.
Hesabata görə, son 6 ayda Nyu-York 766 xal toplayıb. İkinci yerdə olan London 3 xal toplayıb və fərqi cəmi 1 xalla (765) bağlayıb. Honq-Konq isə Londondan bir xal geri qalıb (4 pillə, 764).
Mart ayında açıqlanan əvvəlki reytinqlə müqayisədə ilk onluqda heç bir dəyişiklik baş verməyib. İlk beşliyi Sinqapur və San-Fransisko tamamlayır, növbəti yerləri Çikaqo, Los-Anceles, Şanxay, Şençjen və Seul tutur. Dubay isə 11-ci yerə yüksəlib.
Xatırladaq ki, Qlobal Maliyyə Mərkəzləri İndeksi ilk dəfə 2007-ci ildə dərc edilib və hər yarım ildən bir yenilənir. Hazırkı nəşr 38-cidir. Son reytinq 5000-ə yaxın respondent arasında keçirilən sorğu əsasında tərtib edilib.
Gülşən Şərif