• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Port Baku"nun yanında metro stansiyası olacaq

CƏMİYYƏT

25 Sentyabr 2025 | 11:12

"Port Baku"nun yanında metro stansiyası olacaq

Azərbaycan paytaxtında Bakıda "Port Baku" kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - deyə metro rəsmisi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026