• Bakı 22° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

“Erkən nikahlar qız uşaqlarına ciddi ziyan vurur”

CƏMİYYƏT

25 Sentyabr 2025 | 11:39

“Erkən nikahlar qız uşaqlarına ciddi ziyan vurur”

“Erkən nikahlar həm psixoloji, həm fiziki, həm də sosial baxımdan qız uşaqlarına ciddi ziyan vurur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib.

O qeyd edib ki, bu cür evliliklərdə qadınlar təhsil imkanlarından məhrum olur və hüquqlarını qorumaqda çətinlik çəkirlər.

Sədaqət Qəhrəmanova həmçinin vurğulayıb ki, erkən nikahlar cəmiyyətin inkişafına da mənfi təsir göstərir, çünki potensialı olan gənc qadınlar özlərini tam reallaşdıra bilmir.

“Bu səbəbdən valideynlər qız övladlarının təhsilinə, şəxsi inkişafına və hüquqlarının qorunmasına daha çox diqqət yetirməli, erkən nikahın yaratdığı risklər barədə məlumatlı olmalıdırlar”, – deyə o əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

24 Sentyabr 2025