• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Lənkəranda avtobus velosipedçini vuraraq öldürüb

HADİSƏ

25 Sentyabr 2025 | 12:53

Lənkəranda avtobus velosipedçini vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər Lənkəran şəhəri ərazisində qeydə alınıb.

    1997-ci il təvəllüdlü Kamal Cavadzadənin idarə etdiyi avtobus velosipedçini - Lənkəran rayon sakini 1969-cu il təvəllüdlü İsa Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Sentyabr 2026
    12 Sentyabr 2026