• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olunub

CƏMİYYƏT

25 Sentyabr 2025 | 11:22

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olunub

Sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Bakıvaxtı.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.

"Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026