“Bəzi ailələr hesab edir ki, qız övladını erkən evləndirdikdə ondan ‘yük’ kimi azad olmuş olurlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, bu yanaşma tamamilə yanlışdır:
“Erkən nikahlar çox vaxt uğursuzluqla nəticələnir. Belə hallarda qadın, çox zaman övladı ilə birlikdə, bir neçə il sonra ata evinə qayıdır və ya ailədaxili zorakılığa məruz qalır”.
Mina Mikayılova