İsrail ordusu son 24 saat ərzində Qəzza zolağına 170-dən çox hava zərbəsi endirib.
Bakıvaxtı.az xəbər verir ki, hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu ən azı 19 fələstinli həlak olub, onlarla insan yaralanıb.
Bombardmanlar əsasən mülki yaşayış məntəqələrini, çadır düşərgələrini və nəqliyyat vasitələrini hədəfə alıb.
2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumlar nəticəsində Qəzzada ölənlərin ümumi sayı 65 min 419 nəfərə çatıb.
Əli Hüseynov