• Bakı 22° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Xəzəryanı ölkələrin dənizin neft-qaz ehtiyatlarındakı payı açıqlandı

İQTİSADİYYAT

25 Sentyabr 2025 | 15:10

Xəzəryanı ölkələrin dənizin neft-qaz ehtiyatlarındakı payı açıqlandı

2024-cü ilin nəticələrinə əsasən, Xəzər dənizinin ən böyük neft və qaz-kondensat ehtiyatları 33 % payla Qazaxıstana məxsusdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: neftemalı, neft-kimyası, ticarət və logistika" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın payı 29 %, İranın payı 21 %, Türkmənistanın payı 12 %, Rusiyanın payı isə 5 % təşkil edib.

Qaz ehtiyatlarında isə Azərbaycan 34 %-lik göstərici ilə liderdir. Qazaxıstan, Türkmənistan və İranın hər birinin payı təxminən 19 %, Rusiyanın payı isə 9 % təşkil edir.


SON XƏBƏRLƏR