“İndi bir çox ata qız övladı olmasını arzulayır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, oğlan-qız məsələsi artıq böyük ölçüdə aradan qalxıb. Əsas olan xeyirli övladın olması və valideynlərin onu düzgün tərbiyə etməsidir.
Sədaqət Qəhrəmanova əlavə edib ki, bəzi ailələrdə qadınlara müxtəlif qadağalar qoyulur və münasibətlərin pozulması çox vaxt məhz bu qadağalardan başlayır.
Mina Mikayılova