• Bakı 22° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Türkiyə MN İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

SİYASƏT

25 Sentyabr 2025 | 13:27

Türkiyə MN İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib.

"Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsinin beşinci ildönümü, 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətlə yad edirik. Qəhrəman qazilərimizə təşəkkür edirik", - deyə o vurğulayıb.


SON XƏBƏRLƏR

24 Sentyabr 2025