Novxanı qəsəbəsində 2000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, cari təmirlə əlaqədar sentyabrın 25-də saat 13:30-dan etibarən, Novxanı qəsəbəsi ərazisində, o cümlədən sənaye obyektləri daxil olmaqla, 2000 abonentin qaz təchizatı işlər tamamlanana qədər dayandırılacaq.