Fransanın dövlət borcu 3,4 milyard avronu keçərək yeni rekorda imza atıb.
Bakıvaxtı.az "20 Minutes" qəzetinə istinadən xəbər verir ki, bu barədə Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE)açıqlama yayıb.
INSEE məlumatlarına görə, Fransanın dövlət borcu bu ilin ikinci rübündə artmaqda davam edərək, iyunun sonunda 3 416,3 milyard avroya çatıb və ÜDM-in 115,6%-ni təşkil edib.
Bu, dövlət borcunun 3,345,4 milyard avro (ÜDM-in 113,9%-i) təşkil etdiyi mart ayının sonunda müəyyən edilmiş rekorddan sonra yeni milli rekorddur.
Qeyd edək ki, "Fitch" reytinq agentliyi Fransanın siyasi qeyri-sabitliyinə və maliyyə zəifliyinə istinad edərək, borcunun 2027-ci ilə qədər ÜDM-in 121%-nə qədər artacağını proqnozlaşdırır.
Gülşən Şərif