• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Əziz Orucovla bağlı qərar verildi

HADİSƏ

25 Sentyabr 2025 | 16:19

Əziz Orucovla bağlı qərar verildi

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə edilən müraciətə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə müraciəti təmin etməyib.

    Qeyd edək ki, Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, 2 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddəti noyabrda başa çatacaq.

    Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR