Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın mümkün işğalının qarşısını almaq üçün Kolumbiya ilə həmsərhəd bölgələrə qoşun yeridilməsini əmr edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.
“Prezident Nikolas Maduro televiziya proqramında 15 min yaxşı silahlanmış və təlim keçmiş kişi və qadının Zulia və Taçira ştatlarına göndərilməsi barədə göstəriş verdiyini təsdiqləyib”, - nəşr yazır.
Qeyd edək ki, bundan öncə Venesuela Prezidenti Nikolas Maduro ABŞ təhlükəsindən dolayı ölkə üzrə səfərbərlik elan etmişdi.