• Bakı 24° C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 76%-ə çatdı

İQTİSADİYYAT

26 Avqust 2025 | 18:56

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 76%-ə çatdı

Avropa yeraltı qaz anbarlarındakı təbii qaz ehtiyatları 76%-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Qazın xalis vurulması (istehlak və vurulma həcmindəki fərq) növbəti qışa 90% doluluq səviyyəsinə çatmaq üçün tələb olunan 61 milyard kubmetr qazdan 46 milyard kubmetrdən çox olub.

Bildirilib ki, yay mövsümünün başlanmasından bəri Avropa İttifaqının (Aİ) yeraltı qaz anbarlarına xalis qaz vurulması (istehlak və vurulma həcmindəki fərq) təxminən 46 milyard kubmetrdən çox olub.

Hazırda Avropa yeraltı qaz anbarları 75,99% doludur, bu göstərici ötən ilin eyni dövründə 91,3% təşkil edirdi. Avropa Komissiyasının yeni tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən noyabrın 1-dək anbarların 90% dolmasını təmin etməlidir. Bundan əlavə, anbarların dolma şəraiti çətin olduqda 10% elastiklik nəzərdə tutulub.

Xatırladaq ki, gələcək qış mövsümünə qədər anbarların 90%-lik doluluq səviyyəsinə çatması üçün 61 milyard kubmetr tələb olunur.

GIE-nin məlumatına görə, avqustun 24-də Aİ-nin yeraltı qaz anbarlarından istifadə sürəti 18 milyon kubmetr, vurulma sürəti isə 374 milyon kubmetr olub.

Qeyd edək ki, Avropada qazın orta alış qiyməti 2025-ci il avqust ayında 1,000 kubmetr üçün təxminən 395 ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR