• Bakı 23° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

İQTİSADİYYAT

25 Sentyabr 2025 | 09:18

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB- EBRD) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, AYİB yeni hesabatında Azərbaycanın iqtisadi artım proqnozunu 2025-ci il üzrə 2%, 2026-cı ildə isə 2,5 % müəyyən edib. Başqa sözlə, əvvəlki proqnozuna nisbətən AYİB Azərbaycanın iqtisadi artım proqnozunu 2025-ci il üzrə 1% bəndi azaldıb, 2026-cı il üzrə isə proqnoz dəyişməz saxlanılıb.

    Qeyd edilib ki, yeni proqnoz qeyri-neft sektorundakı fəallıq və onun neft sektorundakı daha zəif göstəriciləri kompensasiya etməsi ilə əlaqədardır. "Enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. ÜDM-in artım potensialı Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlıdır ki, bu da yeni ticarət marşrutlarının açılmasına səbəb ola və investorların etimadını artıra bilər", - AYİB əlavə edib.


    SON XƏBƏRLƏR

    24 Sentyabr 2025