• Bakı 24° C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Ukraynaya F-16 qırıcıları verəcəklər

DÜNYA

26 Avqust 2025 | 19:44

Ukraynaya F-16 qırıcıları verəcəklər

 Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvil verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessada Ukrayna ilə Belçika, Niderland və Lüksemburq arasında keçirilən görüşdən sonra Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib.

“Gələn ay sizə bir neçə F-16 verəcəyik”, - deyə Prevost bildirib.

Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdə minalardan təmizləyici gəmilər təqdim edəcək, həmçinin qeyri-müəyyən sayda pilotsuz təyyarələr təhvil verəcək.


SON XƏBƏRLƏR