• Bakı 24° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

CƏMİYYƏT

26 Avqust 2025 | 15:01

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir

Bu gün saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilir.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutundan məlumat verilib.

    Qeyd edilib ki, II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.

    Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.

    II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:

    İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;
    I mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər;
    I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
    I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.
    Məlumat üçün bildiririk ki, II mərhələ üzrə seçim prosesi 27 avqust 2025-ci il saat 23:59-da başa çatacaq.

    Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.


    SON XƏBƏRLƏR