• Bakı 24° C

    13.87 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

TƏBİB Kürdəmirdəki ağır yol qəzası ilə bağlı açıqlama verib - YENİLƏNİB

HADİSƏ

26 Avqust 2025 | 23:18

TƏBİB Kürdəmirdəki ağır yol qəzası ilə bağlı açıqlama verib - YENİLƏNİB

Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib.

***

21:00

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb.

Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR