• Bakı 24° C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Təcili tibbi yardım avtomobilində üç körpə doğuldu - FOTOLAR

CƏMİYYƏT

26 Avqust 2025 | 19:07

Təcili tibbi yardım avtomobilində üç körpə doğuldu - FOTOLAR

Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, bu gün isə saat 02:50 radələrində Xəzər rayonundan, saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

"Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb. Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.

Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR