• Bakı 25° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Məhkəmə Sarkisyana qarşı cinayət təqibini dayandırmaqdan imtina edib

DÜNYA

26 Avqust 2025 | 18:27

Məhkəmə Sarkisyana qarşı cinayət təqibini dayandırmaqdan imtina edib

 Ermənistan məhkəməsi sabiq prezident Serj Sarkisyanın cinayət təqibindən azad olunması barədə müdafiə tərəfinin vəsatətini rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Vəkil Amram Makinyan məhkəmə iclasında bildirib ki, iş üzrə müstəntiq hələ iyunun 21-də istintaqın davam etdirilməsindən rəsmi olaraq imtina edib və materialları Antikorrupsiya Məhkəməsinə təhvil verib. Buna baxmayaraq, Milli Təhlükəsizlik Xidməti istintaq hərəkətlərini davam etdirib.

Hakim Aram Qriqoryan izah edib ki, indiki mərhələdə yalnız ayrı-ayrı maddələr üzrə təqibin dayandırılması müzakirə olunur.

Sarqsyan həmçinin bir neçə başqa cinayət işində də təqsirləndirilir. Onlardan biri neft məhsullarının idxalı ilə məşğul olan "Fleş" şirkətinə himayədarlıq göstərilməsi, digəri isə İrəvanda "Yerablur" hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.


SON XƏBƏRLƏR