• Bakı 24° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Kosmosda sirli obyekt aşkar edildi

DÜNYA

26 Avqust 2025 | 16:04

Kosmosda sirli obyekt aşkar edildi

Astronomlar kosmosda məlum fövqəlnovalardan 100 dəfə güclü olan sirli obyekt aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqat "arXiv" elektron portalında dərc olunub.

Məlumata görə, hazırda yalnız millimetr radio diapazonunda görünən obyekt Punctum adlandırılıb. 

Çilidəki Dieqo Portales Universitetinin Astrofizika Tədqiqatları İnstitutundan alim Yelena Şablovinskayanın sözlərinə görə, göy cismi məlum olan obyektlərin heç birinə uyğun gəlmir. Punctum maqnitarlardan 100 min dəfəyə qədər, fövqəlnovalardan isə demək olar ki, 100 dəfə daha parlaqdır.

Qeyd olunub ki, Punctum Yerdən 11 milyon işıq ili uzaqlıqda yerləşən aktiv qalaktika NGC 4945-də tapılıb. O, hələ optik və ya rentgen işığında görünmür. O, ilk dəfə 2023-cü ildə kəşf edilib. Parlaqlığı sabit qaldığı üçün alimlər bunun təsadüfi partlayış olmadığı qənaətinə gəliblər. Millimetr işığının qütbləşmə gücünə görə, onun yüksək strukturlaşdırılmış maqnit sahəsi olmalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR