"Polşanın 2026-cı ildə müdafiə xərcləri ölkə tarixində rekord səviyyədə olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
"Sizi əmin edə bilərəm ki, hərbi büdcə artacaq. Bu, 2022-ci ildəkindən iki dəfə çox olmaqla, tarixin ən böyük hərbi büdcəsi olacaq", - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, 2026-cı ilin büdcəsi hələ də müzakirə olunur.
Qeyd edək ki, Polşanın 2025-ci il hərbi büdcəsi 186 milyard zlotidir (təxminən 45 milyard dollar) və bu, ölkə ÜDM-nin 4,7%-ni təşkil edir.