• Bakı 24° C

    13.87 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Finlandiya piyada əleyhinə minalardan istifadəni bərpa etməyi planlaşdırır

DÜNYA

26 Avqust 2025 | 21:36

Finlandiya piyada əleyhinə minalardan istifadəni bərpa etməyi planlaşdırır

Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.

Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi məlumat verib və sazişin denonsasiyası gələn ilin yanvar ayında qüvvəyə minəcək.

“Quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”, - Müdafiə Nazirliyindən bildirilib.

Quru qoşunları mühəndisi Riku Mikkonen əlavə edib ki, 2026-cı ilin yanvar ayından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətlə istismara verilməsi üçün tədbirlər hazırlanacaq.


SON XƏBƏRLƏR