Ermənistan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər.
Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, bu qərar İrəvanda keçirilən görüşdə nazir müavini Vahan Kostanyan və Böyük Britaniyanın dövlət naziri Stiven Stiven Douhti tərəfindən elan olunub.
Görüşdə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər hərbi attaşelərin mübadiləsi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutublar.
Həmçinin gələcəkdə yüksək səviyyəli təmasların davam etdirilməsi planlaşdırılır.
Əli Hüseynov