• Bakı 25° C

    10.18 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"

İDMAN

26 Avqust 2025 | 13:35

Qurban Qurbanov: Ferentsvaroş çox təhlükəli rəqibdir

"Bizim üçün vacib oyundur".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

"Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. "Ferentsvaroş" çox təhlükəli rəqibdir".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.


SON XƏBƏRLƏR