• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Kansler: Almaniya Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq

DÜNYA

26 Avqust 2025 | 14:55

Kansler: Almaniya Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq

Almaniya müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz deyib.

“Almaniya gələn ay keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Qərb müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaq. Fələstin dövlətinin mümkün tanınması ilə bağlı federal hökumətin mövqeyi aydındır. Kanada bunu bilir. Biz bu təşəbbüsə qoşulmayacağıq. Tələblərin yerinə yetirildiyini görmürük”, - Kansler vurğulayıb.

    Qeyd edək ki, Merz keçən ay Kanada, Fransa və Böyük Britaniyadan oxşar açıqlamalarından sonra Fələstin dövlətini tanımağı planlaşdırdığını bildirmişdi.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026