Çin və Rusiyanın öncülük etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsi 31 avqust–1 sentyabr tarixlərində Çinin Tiencin şəhərində keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, zirvəyə təşkilatın üzvləri – Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarus liderləri qatılacaqlar.
Çin Prezidenti Si Cinpinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da toplantıda iştirak edəcək.
Bu, indiyədək ən geniş tərkibli ŞƏT Zirvəsi olacaq və 20-dən çox ölkənin lideri, həmçinin ondan artıq beynəlxalq təşkilatın rəhbəri tədbirə qatılacaq.
Qeyd edək ki, Pekin rəhbərliyi toplantını ABŞ-ın yeni siyasətləri fonunda özünü “qlobal sabitlik qütbü” kimi təqdim etmək imkanı kimi görür.
Əli Hüseynov