İsrailin yüksək səviyyəli rəsmiləri Fələstin hakimiyyəti üzvlərinə sanksiya tətbiq etməyi düşünür.
Bakıvaxtı.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, qərb ölkələrinin Fələstini dövlət kimi tanımağına cavab olaraq, belə bir addım atıla bilər.
Təklif onunan sanksiyalar Fələstin hakimiyyətinin prezidenti Mahmud Abbas və vitse-prezident Hüseyn əl-Şeyxə də şamil edilə bilər.
Sanksiyalara Fələstin rəsmilərinin İordan çayının qərb sahilində hərəkət azadlığının məhdudlaşdırılması da daxildir və onların ailələrinin xaricdən sifariş etdiyi bir sıra məhsulların gətirilməsinə qadağa qoyulması ehtimalı var.
Qeyd edək ki, Fransa, Luksemburq, Malta, Monako, Andorra və Belçika kimi ölkələr BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstini rəsmi olara dövlət kimi tanıyıb.