• Bakı 17° C

    2.11 m/s

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

DÜNYA

26 Avqust 2025 | 12:58 | Müəllif: Gülşən Şərif

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

 Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi Tehran cavab tədbirləri görəcəyini vəd edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.

Məlumata görə, bu qərar Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda qəbul edilib.

"İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı qeyri-münasib və əsassız hərəkətlər qarşılıqlı tədbirlərlə cavablandırılacaq", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026