• Bakı 25° C

    10.18 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Bakıda orta illik inflyasiya 7 faizə yaxın olub

İQTİSADİYYAT

26 Avqust 2025 | 14:08

Bakıda orta illik inflyasiya 7 faizə yaxın olub

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-qida məhsulları üzrə 105,3 faiz təşkil edib.

Dövlət Statistika İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% bahalaşıb.

Qeyd edək ki, cari ilin I yarımilində Bakıda orta illik inflyasiya 7% idi.

Xatırladaq ki, Azərbaycanda istehlak qiymətləri indeksi cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.


SON XƏBƏRLƏR