• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağcabədidə yanacaqdoldurma məntəqəsi qəsdən yandırılıb - YENİLƏNİB

HADİSƏ

27 Avqust 2025 | 11:02

Ağcabədidə yanacaqdoldurma məntəqəsi qəsdən yandırılıb - YENİLƏNİB

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az-a DİN Mətbuat Xidməti regional qrupundan bildirilib ki, yanğını törətməkdə şübhəli bilinən Bayram Rafiq oğlu Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsin yanacaqdoldurma məntəqəsi sahibi Xəqani Rəhim oğlu Vəliyevin qardaşı oğlu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır

***

09:13

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir - Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.

Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026