• Bakı 18° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

ChatGPT ilə yazışmalar açıqlana bilər

CƏMİYYƏT

28 Iyul 2025 | 16:35

ChatGPT ilə yazışmalar açıqlana bilər

İstifadəçilərin ChatGPT ilə yazışmaları məhkəmə qərarı ilə açıqlana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu OpenAI şirkətinin rəhbəri Sem Altman deyib.

Altmanın sözlərinə görə, əgər bir insanın psixoterapevtlə söhbəti tibbi sirr sayılır və qanunla qorunursa, o zaman psixoloqu süni intellektlə əvəz etməyə çalışarkən, söhbətdə deyilənlər istifadəçiyə qarşı istifadə oluna bilər.

Altman bildirib ki, şirkət insanlara süni intellektlə həssas mövzuları müzakirə edərkən hüquqi müdafiə imkanı verən konsepsiyanın hazırlanmasının vacibliyini anlayır, lakin hazırda belə bir mexanizm mövcud deyil.

O, həmçinin qeyd edib ki, hazırda süni intellektlə silinmiş istifadəçi söhbətləri 30 gün ərzində saxlanılır.

2025-ci ilin iyun ayında media nümayəndələri məhkəmə yolu ilə OpenAI-dən istifadəçi yazışmalarının, o cümlədən silinmiş söhbətlərin daimi saxlanılmasını tələb ediblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Sentyabr 2025