• Bakı 24° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Tamam Həsənova: Özəl tibb müəssisələrinin reyestri mövcuddur

CƏMİYYƏT

27 Avqust 2025 | 15:02

Tamam Həsənova: Özəl tibb müəssisələrinin reyestri mövcuddur

“Analitik Ekspertiza Mərkəzinin əsas vəzifəsi özəl tibb müəssisələrinin yoxlanılmasını həyata keçirməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, mərkəz tərəfindən planlı və plandankənar yoxlamalar aparılır.

T.Həsənova qeyd edib ki, özəl tibb müəssisələrinin reyestri mövcuddur və həmin siyahıya əsasən müəssisələr mütəmadi olaraq planlı şəkildə yoxlanılır.

Bildirib ki, hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması  əsasında aparıla bilər”.

Bunun plandankənar yoxlama olduğunu deyib və əlavə edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

"Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə, cərimə tətbiq olunur. Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir.  
Əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir. İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır”.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR