• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Azərbaycan xalçaları yaxın gələcəkdə Vyetnamda sərgilənəcək

CƏMİYYƏT

28 Iyul 2025 | 14:38

Azərbaycan xalçaları yaxın gələcəkdə Vyetnamda sərgilənəcək

Yaxın gələcəkdə Vyetnamda baş tutacaq Azərbaycan xalçalarından ibarət sərginin detalları müzakirə olunub.

Bakıvaxtı.az bu barədə “Azərxalça” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr Bakıda keçirilən 3-cü “Vyetnam Günləri” çərçivəsində baş tutub. Tədbirin əsas məqsədi iki ölkənin mədəni əlaqələrini genişləndirməkdir. Bu məqsədlə xarici qonaqlara Azərbaycan xalçaları nümayiş etdirilib.

“Azərxalça”nın İçərişəhərdə yerləşən satış və nümayiş salonunda baş tutan görüşdə qurumun İdarə heyətinin sədri Emin Məmmədov başda olmaqla yaradıcı heyət, Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və Trinh Thi Thu Hanın başçılıq etdiyi tədbir üçün Bakıya gələn qrup nümayəndələri iştirak edib.

Qonaqlara Azərbaycan xalçalarının tarixi, keçdiyi inkişaf yolu, müasir dövrü haqqında geniş məlumat verilib. “Azərxalça”da istehsal olunan yun və ipəkdən ənənəvi və müasir üslubda toxunan xalçalar qonaqların marağına səbəb olub. Bundan əlavə qonaqlar xalça toxuma prosesində iştirak ediblər, ilmə atmağı öyrəniblər. Xalça toxunmasında iştirak edən hər bir kəsə E. Məmmədov sertifikatlar təqdim edib.


SON XƏBƏRLƏR