• Bakı 24° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Qarpız BAHALAŞIB, pomidor UCUZLAŞIB - Bədbin PROQNOZ

CƏMİYYƏT

27 Avqust 2025 | 13:50

Qarpız BAHALAŞIB, pomidor UCUZLAŞIB - Bədbin PROQNOZ

Yayın ən çox istehlak olunan giləmeyvələrindən bir məhz qarpızdır.

Ancaq bu il qarpızın qiymətində olan artım alıcıların narazılığına səbəb olub. Belə ki, istehlakçılar ötən ilin eyni dövrü ilə müqayisədə qarpızın qiymətində enmənin olmadığını söyləyir. 

Bəs, maraqlıdır, bunun səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, keçən ilin iyun ayında dizel yanacağının qiymətinin 80 qəpikdən 1 manata qaldırılması kənd təsərrüfatı məhsullarının qiymətinə ciddi təsir göstərib. 

Vahid Məhərrəmov: "Yanacağın bahalaşması həm istehsal, həm də daşınma xərclərini artırıb"

Onun sözlərinə görə, yanacağın bahalaşması həm istehsal, həm də daşınma xərclərini artırıb:

“Keçən ilin iyun ayının sonunda baş verən qiymət artımı daha çox builki məhsul istehsalının xərclərinə təsir edib. Bu səbəbdən də qarpızın qiyməti əvvəlki illərlə müqayisədə aşağı düşmür. Fermerlərin xərcləri artdığı üçün məhsulun qiymətini ucuzlaşdırmaq mümkün deyil”.

Fermerlər yalnız istehsalçı yox, həm də istehlakçı oduğunu qeyd edən ekspert söyləyib ki, onların gündəlik aldıqları ərzaqların, xüsusilə ətin qiymətinin bahalaşması əlavə yük yaradır. 

Müsahibimiz fermerlərin bu xərcləri kompensasiya etmək üçün məhsullarının satış qiymətini artırmağa məcbur olduqlarını vurğulayıb.

Nəzərə çatdırıb ki, istehsalda müəyyən artım olsa da, bu, ümumi xərcin aşağı düşməsini şərtləndirmir.

“Biz görürük ki, son zamanlar fermerlər, kəndlilər istehsal etdikləri pomidoru sata bilmirlər və çox ucuz qiymətə təklif edirlər. Əminəm ki, onların istehsal xərci çox olub. Gəlirləri isə azalıb. Gələn il həmin kəndlilər pomidor istehsal etməkdən çəkinəcəklər. Çünki əllərində vəsait olmayacaq ki, həmin vəsaitə istehsalı təşkil etsinlər”,- deyə Vahid Məhərrəmov əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR