• Bakı 25° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Bakıdan regionlara fəaliyyət göstərən müntəzəm marşrutların 30 %-i yenilənib

CƏMİYYƏT

28 Iyul 2025 | 16:53

Bakıdan regionlara fəaliyyət göstərən müntəzəm marşrutların 30 %-i yenilənib

Bakıdan respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 ədəd yeni və müasir avtobuslar cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Məlumata görə, bu, avtobus parkının təxminən 30 %-nin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir.

Bildirilib ki, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitib və keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100 %) yenilənərək müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub.

Bakı-Mingəçevir istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 45 %-i müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.

Bakı-Gəncə və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 40 % yenilənməsinə nail olunub.

Keçirilmiş müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri cəlb edilib.

Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən reyslərin təqribən 92 %-i onlayn bilet satışı üçün “Biletim.az” portalına inteqrasiya olunub. Bakı şəhərindən regionlara onlayn bilet satışının həcmi 2025-ci ilin ilk 7 ayında 26 % olub.


SON XƏBƏRLƏR

28 Iyul 2025