• Bakı 23° C

    9.54 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Xərçəngin bu növləri nəzərə çarpmadan inkişaf edə bilər

CƏMİYYƏT

28 Iyul 2025 | 16:48

Xərçəngin bu növləri nəzərə çarpmadan inkişaf edə bilər

Bəzi orqanlarda xərçəng şişləri nəzərə çarpmadan inkişaf edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu onkoloq Yevgeni Çeremuşkin deyib.

Onun sözlərinə görə, bəzi orqanların xərçəngi zamanı simptomlar çox vaxt olmur, çünki “o orqanlara çatmaq çətindir”.

“Məsələn, dəridə yaralar və ya düyünlər dərhal görünür. Amma qaraciyər, mədəaltı vəzi, böyrək kimi orqanlarda olan şişlər xəstə tərəfindən hiss olunmaya bilər”, – deyə həkim-onkoloq Çeremuşkin izah edib.

O əlavə edib ki, beyin şişləri də ilkin mərhələlərdə simptom verməyə bilər.

Xəstəliyin vaxtında diaqnozu və müalicəyə başlamaq üçün Çeremuşkin mütəmadi profilaktik müayinələrdən keçməyi tövsiyə edib. Bu müayinələrə sidik və qan analizi, USM, MRT və tam xəstəlik tarixçəsinin aparılması daxildir. 

Mina Mikayılova


SON XƏBƏRLƏR