• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Baş nazirdən dərmanlarla bağlı QƏRAR

SİYASƏT

28 Iyul 2025 | 15:55

Baş nazirdən dərmanlarla bağlı QƏRAR

Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

İndiyədək Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu.


SON XƏBƏRLƏR