• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Suriyanın “Vətən” saytında Mehriban Əliyeva haqqında məqalə dərc olunub

SİYASƏT

27 Avqust 2025 | 12:09

Suriyanın “Vətən” saytında Mehriban Əliyeva haqqında məqalə dərc olunub

Cari ilin 26 avqust tarixində Suriyanın nüfuzlu “Vətən” elektron informasiya portalında “Mehriban Əliyeva: Humanizm, mədəniyyət və Azərbaycanın inkişaf rəmzidir” başlıqlı məqalə dərc edilib.

Bakıvaxtı.az bu barədə məlumatı Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyindən əldə edib.

Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın həyatını və fəaliyyətini Azərbaycan xalqına xidmətə həsr etdiyi vurğulanır.

Qeyd edilib ki, Mehriban Əliyeva ölkənin sosial, mədəni və siyasi inkişafına mühüm töhfələr verib, Prezident İlham Əliyevin etibarlı müttəfiqi kimi Azərbaycanın maraqlarını qorumaq və inkişaf etdirmək yolunda böyük səylər göstərib. Məqalədə həmçinin onun 2017-ci ilin fevralından Birinci vitse-prezident vəzifəsində fəaliyyət göstərdiyi, dövlət başçısının onu bu vəzifəyə təyin edərkən sosial və humanitar sahədəki müstəsna xidmətlərini xüsusi vurğuladığı diqqətə çatdırılır.

Məqalədə Mehriban Əliyevanın qaçqınlar, məcburi köçkünlər, əlillər, şəhid ailələri və müharibə veteranları kimi həssas qruplara göstərdiyi qayğı, Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində uşaq bağçaları, məktəblər, idman kompleksləri, parklar və dini abidələrin inşası və bərpası geniş işıqlandırılıb. Eyni zamanda onun koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığı üçün gördüyü işlərə də toxunulub.

Yazıda beynəlxalq səviyyədə Azərbaycanın müsbət imicinin formalaşmasında Mehriban Əliyevanın mühüm rolu qeyd edilib. Xüsusilə onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun Fransada 20 kilsənin, Strasburq Katedralının vitraj pəncərələrinin, Versal Sarayının abidələrinin bərpasına və Luvr Muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasına verdiyi dəstək nümunə kimi göstərilib.

Məqalənin sonunda Mehriban Əliyevanın ailə dəyərlərinə sadiqliyi də önə çəkilərək, onun İlham Əliyevlə evliliyinin yalnız şəxsi xoşbəxtlik deyil, həm də Azərbaycan xalqına xidmət missiyası üzərində qurulduğu vurğulanıb. Həmçinin övladları Leyla, Arzu və Heydərin də eyni ruhda böyüyərək vətənə xidmət etdikləri qeyd olunub.

Məqalə ilə ətraflı tanış olmaq üçün link: Al-Watan Online

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Avqust 2025